Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb
Bakıda belinə banka qoyulan qadının ölüm faktı ilə bağlı Səbail rayon Məhkəməsinin hökmü elan edilib.
Cenubtv.az “Report”-a istinadən xəbər verir ki, iş üzrə təqsirli bilinən Elnarə Əliyeva məhkəmənin hökmü ilə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
O, üç il ərzində elektron qolbaq daşıyacaq.
Qeyd edək ki, istintaq işinə əsasən, bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub. Bu zaman E.Əliyevanın əlindki etil spirti ehtiyatsızlıqdan Sədaqət Nəbiyevanın üzərinə tökülüb və alışqanla təmas olduğundan dərhal yanmağa başlayıb. Bədəninin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.
Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada 62 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 62 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb. Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 16-sı saat 17 radələrində...
Azərbaycanda tanınmış vəkilin qızının faciəli ölümünün ANBAAN VİDEOSU
Azərbaycanda tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdizadənin öldüyü qəzanın anbaan görüntüləri yayılıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” – VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə...
Paytaxtda qadınlara qarşı əxlaqsız təkliflər edən şəxs HƏBS EDİLDİ – VİDEO
Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb....
Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı – VİDEO
Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı...
Ucarda 62 yaşlı kişi küçədə öldü
Ucarda kafeyə gedən kişi küçədə ölüb. Cənubtv.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Qəflətən...
Average Rating