Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın Baş naziri Entoni Albaneze ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə bildirib.
“Onu seçkilərdə inandırıcı qələbəsi münasibətilə təbrik və Ukraynaya dəstəyin diqqət mərkəzində qaldığı üçün təşəkkür etdim. Kiyev Avstraliyanın İstəklilər koalisiyasındakı roluna dəyər verir, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün bütün tərəfdaşlarımızın birliyinə ehtiyac duyur”, – paylaşımda deyilib.
Zelenski görüş zamanı hava hücumundan müdafiənin gücləndirilməsinin Ukraynanı və onun sakinlərini qorumaq üçün əsas prioritet olaraq qaldığını vurğulayıb: “Tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Biz həmçinin Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində imkanlarının daha da gücləndirilməsi yollarını müzakirə etdik”.
Öz növbəsində, Albaneze Avstraliyanın Ukrayna xalqına dəstəyinin davamlılığını və Ukrayna üçün ədalətli və davamlı sülhə sadiqliyini qeyd edib.
Zelenski Baş nazir Albanezeni Ukraynaya səfərə dəvət edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating