İlham Əliyev Özbəkistana səfər edəcək
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq.
Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Daşkənd şəhərində olma proqramına uyğun olaraq, Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.
Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxildir.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq layihələrinin yeni portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilə çərçivəsində inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və s.
Həmçinin prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra biznes və mədəni tədbirlərdə iştirakı nəzərdə tutulur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating