“Google”un hələ təqdim edilməmiş smartfonu satışa çıxarılıb – VİDEO
“Google”un hələ təqdim edilməmiş “Pixel 8a” subflaqman smartfonu Mərakeş mağazalarında satışa çıxarılıb.
Smartfonun tam təqdimatı yalnız mayın 14-də keçiriləcək “Google I/O 2024” konfransında baş tutacaq. Bununla belə, “Pixel 8a” artıq Kasablankada satılır. Onun “8/128 GB” versiyasının qiyməti 4750 Mərakeş dirhəmidir (təxminən 797 manat). Cihazın mavi və yaşıl rəng seçimləri mövcuddur.
Qutuda “Pixel 8a” smartfonundan əlavə enerji toplama kabeli, USB-C-dən USB-A-aya portları olan keçidi və SIM-kart qabını çıxarmaq üçün istifadə edilən sancaq var.
Qeyd olunur ki, “Google Pixel 8a” 1080×2400 piksel ölçülü 6,1 düymlük OLED displeyə və 1400 nit pik parlaqlığa,120 Hz yeniləmə tezliyinə malik olacaq. Cihazın işi “Google”un xüsusi flaqmanı olan “Tensor G3” çipi, həmçinin 8 GB operativ yaddaş və 128 və ya 256 GB yaddaş ilə idarə olunacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating