20 min manat borca görə qəssab həbs edildi
Abşeron rayonunda xeyli miqdarda borcunu ödəməkdən boyun qaçıran qəssab həbs edilib.
Qafqazinfo-a istinadən Cenubtv.az xəbər verir ki, bir müddət əvvəl Mehdiabad qəsəbəsində yerləşən “Daşkəsən” ət məhsulları mağazasını işlədən 1974-cü il təvəllüdlü Nazim Əliyev (şərti ad) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Şikayətçi Daşkəsən rayonu ərazisində Nazimə 15 ədəd iribuynuzlu heyvan verdiyini, onun ətin satışından sonra ödəməli olduğu 20 min manata yaxın vəsaiti vermədiyini bildirib.
Bununla bağlı aparılmış araşdırmaların materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Nazimin 20 min manatı qarşı tərəfə ödəməsi ilə bağlı qərar çıxarılıb. Lakin qəssab məhkəmənin qərarını icra etməkdən xeyli müddət boyun qaçırıb.
Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin 15 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib. Cenubtv.az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki,...
Average Rating