Həmişə insanların sağlamlığı keşiyində dayanan həkimlərimiz haqqında xoş sözlər eşidəndə sevinirəm. Sevinirəm ki, daha heç kim öz xəstəsinin müalicəsi üçün qonşu ölkələrə üz tutmur, daha özgə yerlərdə nicat axtarmırlar.
Həkimlərimizin savad və bacarığına, inanır, doğmalarını onlara etibar edirlər.
Bir də ona sevinirəm ki, son on illiklər ərzində ölkəmizdə çoxlu müasir tipli şəfa ocaqları tikilib və bu tibb müəssisələri dünya standartlarına uyğun tibbi avadanlıqlarla təmin olunaraq əhalinin istifadəsinə verilmişdir.
Belə tibb ocaqlarının ikisi ard-arda neçə illərdir Cəlilabad rayonunda inşa edilərək camaatın istifadəsinə verilmişdir. Həkimlərimizin iş şəraiti günün tələbləri səviyyəsində qurularaq yaxşılaşdırılıb.
2024-cü il TƏBİB Cəlilabad səhiyyəsinə Namik Malik oğlu Həsənovu yeni direktor təyin etmişdir. Fürsətdən istifsdə edərək yeni təyinatı üçün Həsənov Namik həkimi təbrik edirik. Ona Tibb aləmində, ələlxüsusda Cəlilabad səhiyyəsinin yeni-yeni uğurlara imzalar ataraq yüksəlməsini arzulayırıq. Biz Cəlilabadlılar inanırıq ki, belə də olacaqdır. Zəhmət sevər Cəlilabad Ziyalıları bu yolda sizin yanınızda olacaq!
7 Mart Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cəlilabad Müainə və Müalicə Dioqinostik Mərkəzində oldum.
Bəzi həkimlərimizlə həmsöhbət olduğumda həkim-genekoloq Validə xanım haqqında eşitdiyim xoş söz-söhbətin bir daha şahidi oldum. Validə həkim, xəstələri mehribanlıqla qarşılayıb, onlara ana nəvazişi göstərirdi.
Elə buna görə də qərara gəldim ki, Validə həkim haqqında mətbuatda bir neçə kəlmə söz deyim və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayramını təbrik edim.
Ələkbərova Validə Məmmədağa qızı Astara rayonunun Kakalos kəndində müəllim ailəsində dünyaya göz açıb. O, kənd orta məktəbində təhsil aldıqdan sonra həkim olmaq arzusuna qovuşmaq üçün sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinə verib. Qəbul imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə müalicə işi fakultəsinə qəbul edilib. Uşaqlıqdan arzusunda olduğu həkimlik sənətinə yiyələnib. Quş qanadlı illər Validə üçün də maraqlı keçib. Şirin xatirələrlə dolu tələbəlik illərini xatırlayanda o, bu gün də kövrəlir.
Validə həkim universiteti bitirəndən sonra 1987-1989-cu illərdə doğma kəndi olan Kakalosun kənd xəstəxanasında həkim terapevt kimi fəaliyyət göstərib. Ailə həyatı qurandan sonra Cəlilabad rayonuna köçdüyü üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkimlik fəaliyyətini davam etdirməyə başlayıb. 1991-ci ildə Həkimləri Təkmilləşdirmə institunda kursda olub, həkim mama-ginekoloq ixtisası alıb. 1991-ci ildən 2005-ci ilə kimi Göytəpə şəhər xəstəxanasının poliklinika şöbəsində həkim, 2005-ci ildən 2011-ci ilə kimi isə rayonun Qarazəncir kənd xəstəxanasında həkim mama-ginekoloq işləyib. 2011-ci ildən Cəlilabad Müainə və Müalicə Diaqnostika Mərkəzində çalışır.
Validə həkimin dörd övladı və beş nəvəsi var.
Mən fürsətdən istifadə edərək:
– Validə həkim sizi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təbrik edirəm; – və söhbətimizi yayılan xəstəliklərə yönəldərək dedim: – Həkim ilə söhbətdən sonra xəstə özünü yüngül hiss etmirsə, deməli, həkim həkim deyildir. Validə doktor yayılan xəstəliklərlə bağlı sizdən bir neçə öyrənmək istədiklərimiz var. Validə həkim dərhal buyurun dedi:
– Doktor məxmərək və anadangəlmə məxmərək sindromu deyilən bir xəstəlik var. Ümumiyyətlə məxmərək nədir?
– Məxmərək – yüksək yolxuculuğa malik olan kəskin virus infeksiyasıdır.
– Doktor bəs məxmərək necə yayılır?
– Məxmərək – insandan insana hava-damcı, təmas və ya transplasentar yolla ötürülür. Xəstənin təmasda olduğu əşyaya toxunduqdan sonra əlləri ağız, burun və gözlərə vurduqda və ya xəstənin nəfəs aldığı hava vasitəsilə virusa yoluxma baş verə bilər. Transplasentar yoluxma isə xəstəliyə yoluxmuş anadan dölə keçməklə baş verir. Yoluxduqdan sonra virus insan orqanizmində 5-7 gün ərzində çoxalmaqda davam edir və bu dövürdə virus hamilə qadından dölə ötürülür. Xəstələrin ətrafdakıları yoluxdurması üçün ən təhlikəli müddət səpgilərdən 7 gün əvvəl və səpkilər başlandıqdan sonra 14 günə qədərdir. Anadangəlmə məxmərək sindromlu (AMS) uşaqlar bu virusu hətta 1 il müddətində ətrafa yaya bilir.
– Doktor bəs məxmərəyin əlamətləri necə olur?
– İnkubasiya dövrü (yoluxma anından etibarən xəstəliyin klinik əlamətləri meydana çıxana qədər davam edən dövr) 12-23 gün ( orta hesabla 14 gün) hesab edilir. Bəzi hallarda məxmərək çox yüngül formada, 20-50% hallarda isə əlamətsiz keçir. Xəstəliyin ilkin əlamətlərindən biri – səpgilərin əmələ gəlməsidir. Bundan əlavə, hərarətin azacıq yüksəlməsi, boyun limfa düyünlərinin böyüməsi müşahidə oluna bilər. Səpgilər adətən çəhrayı rəngdə olur (ölçüləri 5-10mm), əvvəl üzdə, sonra isə bədəndən ayaqlara doğru çoxalmaqla müşahidə olunur. Səpgilər 3 günə qədər davam edir və özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. Anadangəlmə məxmərək sindromu ilə doğulmuş uşaqlarda, adətən xəstəliyin əlamətləri (katarakta, karlıq) hələ erkən vaxtlarda özünü biruzə verir. Lakin elə hallar olur ki, xəstəlik 2-4 yaşa qədər gizli qalır.
– Doktor fəsadları olurmu?
– Məxmərək xəstəliyindən sonra, adətən ciddi ağırlaşmalar böyüklər arasında qeyidə alınır. Məxmərəkdən sağalmış qadınların 70% -də artritlər və oynaqlarda ağrılar müşahidə olunur.
– Doktor məxmərəyin müalicəsi necə aparılır?
– Məxmərəyin və Anadangəlmə məxmərək sindromunun spesifik müalicəsi yoxdur və əsasən ev şəraitində aparılır. Xəstəxanaya yalnız kiçik yaşlı uşaqlar və xəstəliyi ağır keçirən şəxslər yerləşdirilir (fəsadların qarşısını almaq məqsədilə). Məxmərəkli xəstə çoxlu maye qəbul etməli və vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi saxlamalıdır. Xəstəni və onun istifadə etdiyi əşyaları sağlam şəxslərdən təcrid etmək lazımdır. Hərarətin yüksək olduğu zaman həkim məsləhəti ilə simptomatik müalicədən (hərarətsalıcı dərmanlar) istifadə olunmalıdır. Ümumi sağalma dövrü 14-21 gün çəkir. Anadangəlmə məxmərək sindromlu uşaqlarda isə spesifik patologiyanı müalicə etmək lazmdır.
-Doktor məxmərək keçirən xəstələr sağaldıqda immuniteti necə olur?
– Keçirilmiş məxmərək xəstəliyindən sonra ömürlük immunitet yaranır.
– Doktor bəs məxmərəyin profilaktikası haqqında nə deyərdiniz?
– Xəstəlikdən qorunmanın yeganə yolu – VAKSİNASİYADIR. Məxmərəyə qarşı effektli və təhlükəsiz peyvənd mövcuddur. Adətən uşaqlara məxmərək əleyhinə peyvənd üçün qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlərin birlik təşkil etdiyi qızılca, parotit, məxmərək əleyhinə vaksindən istifadə olunur. Milli peyvənd təqviminə uyğun olaraq bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur. Qızılca-parotit-məxmərək vaksini əsaslı olaraq sınaqdan keçirilmiş və yüksək təhlükəsizlik göstəricilərinə malikdir. Nəsilartırma dövründə olan qadınların məxmərək əleyhinə peyvəndlə əhatə edilməsi Anadangəlmə məxmərək sindromunun profilaktikasının əsasını təşkil edir. Hamiləlikdən öncə (yaxın zamanlarda hamilə olmağı planlaşdıran) məxmərəyə qarşı immunitetin olub olmamasını təyin etmək üçün qanda məxmərəyə qarşı anticisimlər (İgM, İgG) yoxlanmalıdır. Əgər anticisimlər aşkar olunmazsa, qadınların hamiləlik dövründə məxmərəkli xəstələr ilə təmasda olmasına yol verilməməlidir. Bununla əlaqədar 15-40 yaşlı qadınların məxmərəyə qarşı immunlaşdırılması məqsədəuyğundur. Analarda məxmərəyə qarşı immunitetin olması körpələrdə Anadangəlmə məxmərək sindromu ilə xəstələnmənin qarşısını alır. Hamiləliyin erkən aylarında qadının məxmərəyə yoluxması dölün zədələnmə ehtimalını 90%-ə qədər artırır. Bu hal dölün məhv olmasına, yaxud Anadangəlmə məxmərək sindromunun əmələ gəlməsinə gətirib çıxarır. Anadangəlmə məxmərək sindromu ağır anadangəlmə qüsurlara (karlıq, korluq, ürək qüsurları, beyin patologiyası və s.) xarakterizə olunur.
– Dəyərli həkimimiz Validə xanım Ələkbərova sizə öz təşəkkürümüzü bildiririk, siz qiymətli vaxtınızı bizimlə həmsöhbət olmağa sərf etdiniz. Və məxmərək xəstəliyi haqqında camaatımıza marifləndirici biliklər çatdırdınız. Minnətdarıq Validə həkim.

Xüsusi müxbir Qurban Əhməd

Təsisçi və baş redaktor Rövşən Adiloğlu

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir