Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir.

Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.

“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, – psixoloq vurğulayıb.

Valideynlər unutmamalıdırlar ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.

“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz.

“Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır. İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, – deyə Savkova tövsiyə edib.

Cavab belə səslənə bilər: “Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”.

Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir