
Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər – VİDEO
Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub.
Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır.
46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur.
Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir.
Məsələ ilə bağlı Lənkəran Su-kanal Sahəsinin rəisi Asif Məmmədov bildirib ki, binanın zirzəmisinə çirkli sularla yanaşı qurunt suları da axır. Qurunt suları zirzəmidən xüsusi texnikalarla çəkildikdən sonra qəzalı su boruları tam bərpa olunacaq.
Ətraflı süjetdə:
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə təsdiqlənib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,...
Samuxda keçmiş qayınatası tərəfindən döyülən şəxsin SON VƏZİYYƏTİ açıqlandı
Samux rayonunda keçmiş qayınatası tərəfindən döyüldüyü deyilən şəxsin vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.az Oxu.Az-a istinadən xəbər...
“Survivor All Star”ın ilk iştirakçısı Bayhan oldu
Türkiyənin məşhur "Survivor All Star" yarışına bu il fərqli səsi və özünəməxsus üslubu ilə tanınan müğənni Bayhan da qoşulacaq. Cenubtv.az-ın ...
İranda casusluqda ittiham olunan Almaniya vətəndaşı bəraət alıb
İranda casusluq ittihamı ilə saxlanılan fransaəsilli Almaniya vətəndaşı Jan Pirlo Monterelles bəraət alıb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər...
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxundu
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Cenubtv.az Oxu.Az-a istinadən xeber verir ki, Bakı Ağır...
Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi – Doqquz il həbs verildi 151 4
Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Mingəçevir şəhər sakini 35 yaşlı Dəniz Məmmədovaya hökm oxunub....
Average Rating