Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında (AES) radioaktiv suyun sızması qeydə alınıb.
Bu barədə “Tokyo Electric Power” (TEPCO) operatorunun saytında dərc edilmiş hesabatda deyilir.
Məlumata görə, AES-dən sızan suyun həcmi 5,5 ton, radioaktiv elementlərin konsentrasiyası isə 22 milyard bekkerel olub.
“Fukusima-1”də sızmadan sonra radioaktiv suyun okeana buraxılması qeydə alınmayıb.