Babək rayonunda dəm qazı 41 yaşlı qadının ölümünə səbəb olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində qeydə alınıb. Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Məleykə Mahmud qızı Zamanova dünyasını dəyişib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.