Sevgilisini öldürən qadın: “Məni ən yaxın dostumla aldatdı”
Qazaxıstanlı qadın İrina Franzen Dönerin restoran sahibi, sevgilisi Turan Döneri öldürüb.
Cənubtv.az Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Qadın sevgilisinin onu ən yaxın dostu ilə aldatdığını bildirib.
“Bıçağı necə aldığımı xatırlamıram. Onun xırıltılı olduğunu görüb bayıra çıxdım. Kömək istəmək üçün küçəyə çıxdım. Çox peşman oldum. Onu sevirdim, öldürmək kimi bir niyyətim yox idi.”
2019-cu ildə Türkiyəyə gələn və Bursada spirtli içki restoranında ofisiant işləməyə başlayan Qazaxıstan əsilli İrina Franzen iş sahibi Turan Dönerlə sevgili olub. Onlar birlikdə yaşamağa başlayıb. Franzen sevgilisinin onu ən yaxın dostu ilə aldatdığını öyrənib. İkili arasında mübahisə yaranıb. İddiaya görə; Turan Döner sevgilisini döyməyə başlayıb. Bu sırada Franzen mətbəxdən götürdüyü bıçaqla onu bıçaqlayıb. Ürəyindən bıçaqlanan kişi qanlar içində yerə yıxılıb. Qadın ətrafdakılardan kömək istəyib. Nəzarətə alınan İrina Franzen məhkəmə qərarı ilə həbs edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Average Rating