Cəlilabadda şəhid Rəfail İşiyevin yaşadığı binada barelyefin açılışı olub.
Read Time:59 Second
Cəlilabadda şəhid Rəfail İşiyevin yaşadığı binada barelyefin açılışı olub
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rəfail İşiyevin yaşadığı binada barelyefin açılış mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanları, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, şəhid Rəfail İşiyev torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olub: “Şəhidlər qanları, canları ilə xalqımıza Qələbə sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq. Şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Azərbaycanda şəhid ailələri Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub”.
Sonra Rəfail İşiyevin yaşadığı binaya vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, Rəfail İşiyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı “İgidliyə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.


![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Average Rating