Cəlilabadda orta məktəb binası qəzalı vəziyyətə düşüb – FOTO
Cəlilabad rayonunda Göytəpə şəhər V.Hüseynov adına 2 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
Bu barədə “Report”un yerli bürosuna bir qrup valideyn məlumat verib.
Onların sözlərinə görə, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir:
“Məktəbin sinif otaqlarındakı taxta döşəmə çoxdan çürüyüb. Yağış suları sinif otaqlarına dolur. Elə vəziyyət yaranıb ki, təmir işləri aparmaq da qeyri-mümkündür. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu problemin həllinə kömək etsinlər”.
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Sektorundan bildirilib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.
“Sözügedən məktəbdə hazırda 642 şagird təhsil alır. Bu məktəb binası 50 ildən çoxdur ki, istismardadır. Növbəti illərdə məktəb üçün yeni binanın tikintisi gözlənilir”, – qurumdan bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? – Bakı və Sumqayıtda QİYMƏTLƏR – FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta,...
Bəzi ixtisaslarda keçid balları AZALACAQ
"Birinci ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir". Cenubtv.Az xəbər verir ki,...
Fəaliyyəti dayandırılan Bakı Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?
Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına...
Azərbaycanda universitetə rektor TƏYİN EDİLDİ – FOTO
Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub. Cənubtv.Az xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a...
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Cənubtv.Az "Trend"ə istinadən xəbər verir ki, bununla...
Average Rating