“Ukraynadakı hadisələr o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan artıq Moskvaya öz təhlükəsizliyinin qarantı kimi arxalana bilməz”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Politico”ya müsahibəsində bildirib.

“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi”, – deyə baş nazir bildirib.

Paşinyan, həmçinin, Moskvanın ötən il Ukraynada münaqişə başlayandan bəri Kreml üçün strateji əhəmiyyəti artan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkindiyini etiraf edib.

Onun sözlərinə görə, Ermənistanın strategiyası bu vəziyyətdə başqalarından asılılığını mümkün qədər azaltmağa çalışmaq olmalıdır.

“Biz müstəqil, suveren ölkəmizin olmasını istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların ortasında qalmamağın yolları olmalıdır. Ermənistan proksiyə çevrilməməlidir. Bu, qəbuledilməzdir”, – deyə Paşinyan bildirib.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir