Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğunun məlumatında deyilir.

Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

19:55

Xaçmazda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Hadisə zamanı xəsarət alan və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan rayonun Yeni Həyat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabov “Report”a bildirib ki, eyni ünvanda yaşadığı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızı ilə aralarında ailə münaqişəsi zəminində mübahisə düşüb.

Mübahisə nəticəsində T.Mirzəyev həyat yoldaşı A.Turabovanın bel və boğaz nayihəsinə zərbələr endirib və küt alətlə vuraraq öldürüb, sonra isə özünün boğaz nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

19:40

Xaçmazda münaqişə zamanı qadın qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də saat 17 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Aynurə Abdulla qızı Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabovun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

Ş.Turabov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir