ABŞ-da otaqlarında oyuncaq sandığına girən əkizlər nəfəs darlığından ölüblər.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Sadi Myers və Don Starrınv cütlüyünün əkizlərin Aurora və Kellan səhər saatlarında yataqlarında olmayıb. Ataları uşaqlarını öz əlləri ilə yatmağa aparıb.
Səhər saatlarında qızlarının otaqlarında olmadığını görən valideynlər narahat olublar. Ailə oğurlandıqlarını və ya evi tərk etdiklərini düşünərək hər yerdə axtarışa başlayıblar. Əkizlərin
böyük qardaşı uşaqları sandığın içində tapıb. Əkizlər oyuncaqları üçün istifadə edilən sandıqda cansız vəziyyətdə yatırdılar.
Biri qız, biri oğlan olan əkizlərin oksigen çatışmazlığından öldüyü müəyyən edilib. Əkizlərin oyun oynamaq üçün sandığa girdikləri və qapaq bağlandığı zaman səslərini çıxara bilmədikləri anlaşılıb.
Məlumdur ki, uşaqlar özləri üçün ev, çadır, daxma kimi maketləri, sandıqları sevirlər. Bu səbəbdən ailələr oyuncaq sandıqlarının səs və hava keçirməyən şəkildə hazırlandığı üçün üsyan edublər. Bu tip sandıqlardan istifadə edən ailələrə diqqətli olmaları barədə xəbərdarlıq edilib.