1991-ci il sentyabrın 2-də separatçı rejim qondarma “DQR”in elan edilməsi ilə bağlı “bəyannamə” qəbul edib. Lakin dünyanın heç bir dövləti, erməni diasporunun və ermənipərəst siyasətçilərin bütün cəhdlərinə baxmayaraq, ötən illər ərzində Qarabağı müstəqil respublika kimi tanımayıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

Qeyd olunur ki, 2020-ci ilin payızında Azərbaycan ordusu “Miatsum” çılğınlığına son qoyub.

“Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kvadrat kilometr) ictimai şəkildə tanısa da, məsələ quru sözdən o yana keçmədi. Nikol Bakı ilə sülh müqaviləsi imzalamağa özündə cəsarət tapmadı. Üstəlik, son aylar İrəvan tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşməsi müşahidə olunur. Azərbaycan ərazilərinin atəşə tutulması və təxribat cəhdləri artıq müntəzəm xarakter alıb. Bu isə o deməkdir ki, İrəvan əvvəlki razılaşmalardan geri çəkilmək kursunu götürüb”, – deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir