Zərdabda qadının övladı ilə birlikdə intihara cəhd etməsinin SƏBƏBİ açıqlandı
Zərdab rayonunda özünü Kür çayına atmağa cəhd edən ana və övladının vəziyyəti yaxşıdır.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Komitənin məlumatında o da qeyd edilib ki, aidiyyəti qurumların və ailənin açıqlamasına əsasən, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, özünü çaya atmaq istəyən xanım həyat yoldaşının onunla maraqlanmadığını, ailəsinə qarşı laqeyd münasibət bəslədiyni bildirib və intihara cəhd etmək istəyib.
Ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb.
Ailə komitə tərəfindən də nəzarətə götürülüb, bütün zəruri tədbirlər görülməkdədir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Average Rating