Şəhriyar Rəhimov dəfn olundu – FOTO
Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.
“Qafqazinfo” xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.
Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb – VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib. Cenubtv.Az Rusiya...
Anar Nəcəfliyə yeni VƏZİFƏ VERİLDİ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib. Cenubtv.Az xəbər verir ki, o, yeni yaradılan...
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
Xocavənddə mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,...
Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT – VİDEO
Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun...
Average Rating