Qohumlarının balta ilə hücumuna məruz qalan ailənin üçüncü üzvü də vəfat etdi
Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb.
Bu gün xəsarət alan şəxslərdən daha biri – Xəyalə Kərimova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiq edib.
Bununla da, bir ailənin üç üzvü qohumlarının balta ilə yetirdiyi xəsarətdən vəfat edib.
Qeyd edək ki, hadisə iyulun 3-də baş verib. saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Zümrüd Haşımova aldığı xəsarətlərdən həmin gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. İyulun 4-də isə xəsarət alan şəxslərdən daha biri – Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Average Rating