Türkiyədə seçkilərlə bağlı dezinformasiyalara görə 5 nəfər saxlanılıb
İstanbul prokurorluğu bazar günü Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı dezinformasiyanın yayılması ilə bağlı aparılan istintaq çərçivəsində beş şübhəlinin həbsinə order verib.
Məlumata görə, onlar artıq saxlanılıblar.
“İstanbul Respublika Prokurorluğu ictimaiyyəti çaşdırmaq və ictimai asayişi pozmaq məqsədi ilə sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turu ilə bağlı təxribat xarakterli məlumatların yayılması ilə bağlı xidməti araşdırmaya başlayıb. Bu günə kimi işin istintaqı çərçivəsində beş şübhəlinin saxlanılması barədə qərar qəbul edilib”, – prokurorluğun bəyanatında bildirilib.
İstanbul polisindən verilən məlumata görə, ümumilikdə səsvermə rəvan və ciddi insidentsiz keçir. Yerli KİV bəzi seçki məntəqələrində seçicilər arasında mübahisələrin baş verdiyini yazır, lakin bu hal geniş yayılmayıb.
Qeyd edək ki, səsvermə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başa çatacaq. Seçkilərin ilkin nəticələrinin bir neçə saat ərzində məlum olacağı gözlənilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Average Rating