Şəkidə atasını öldürdükdən sonra onun mobil telefonunu satıb, əyləncəyə xərcləyən oğul saxlanılıb
Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating