Cəlilabadda avtoyuma məntəqəsinin işçisi müştərinin BMW-si ilə qəza törətdi: Xəsarət alan var – FOTO
Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə BMW markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating