Vətən müharibəsi şəhidi Füzuli Həbibinin mövlud günüdür.
Bu gün, 8 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Füzuli Həbibinin mövlud günüdür.
Füzuli Nizami oğlu Həbibi 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 saylı məktəb-liseyi bitirib. 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, 2014-cü ildə hərbi xidmətini başa vuraraq evinə dönüb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli Həbibi Cəbrayıl və Qubadlı döyüşlərində savaşıb. 4 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
“Allah rəhmət etsin”
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
Cəlilabadda 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib
https://youtu.be/OwrNrZtUo5k
Average Rating