Şuşa yaxınlığında erməni təxribatının qarşısı alınıb, üç terrorçu məhv edilib
Bu gün səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərinin təxribatının qarşısını alıb.
Cenubtv.az APA -ya istinadən xəbər verir ki, erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu (torpaq yol) ilə Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub.
Bu gün səhər saatlarında da bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb.
Cavab atəşi ilə düşmən zərərsizləşdirilib.
Ermənistan mətbuatı Polkovnik-leytenant, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.
Rövşən Adiloğlu
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
Cəlilabadda 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib
https://youtu.be/OwrNrZtUo5k
İlmedmedikal Klinikasının kollektivi Şəhidlər Xiyabanını və abidə Kompleksini ziyarət edib
https://youtu.be/DAWEdt4V1_w
Average Rating