Təcili tibbi yardım maşınına yol vermədilər – Cərimə ediləcəklər! – Polisdən açıqlama – VİDEO
Paytaxtın Nobel prospektində, “Nargilə dairəsi” adlanan ərazidə sıxlıq zamanı maşınlar təcili tibbi yardım avtomobilinə yol verməyiblər.
Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Görüntülərdən aydın olur ki, yolda üzü şəhər istiqamətinə uzun tıxac müşahidə edilir. Sıxlıqda serenalarını işə salan tibbi yardım avtomobilinə isə yoldakı digər nəqliyyat vasitələri heç bir məhəl qoymurlar.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirdi ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 100 manat cərimə tətbiq olunur:
Həmin qayda pozuntusu üç cərimə balı ilə qiymətləndirilir. Belə ki, “Yol hərəkəti haqqında” qanuna görə, operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir”.
A.Əsgərlinin sözlərinə görə, qanunun tələbinə uyğun olaraq operativ nəqliyyat vasitələrinin üstünlükləri “Yol Hərəkəti Haqqında Qanunun” 48-ci maddəsində öz əksini tapıb:
“Operativ nəqliyyat vasitəsinə yol açmaq üçün bütün imkanları dəyərləndirmək lazımdır. Əgər yolda hətta 6 km/saat sürətlə hərəkət varsa, orada yolun sağına çıxmaq imkanı var. Hərəkətin tamamilə dayandığı tıxaclarda mövcud vəziyyət başadüşüləndir.
Sadalanan hallarda operativ nəqliyyat vasitələrinə yol verməyən nəqliyyat vasitələri qanunun tələbləri çərçivəsində məsuliyyətə cəlb ediləcəklər”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Average Rating