Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS – FOTO

Read Time:1 Minute, 25 Second

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.

Cenubtv.az BAKU.WS-a istinadən xəbər verir ki, Ş.Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

İlahiyyatçı ölümündən qabaq dünən axşam saatlarında Ramiz Rövşənin şeirini paylaşıb.

Hacı Şahinin ölümündən əvvəl yazdığı SON STATUS - FOTOHəsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə bölgəsində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilir. Ailəlidir, dörd övladı var.

Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaatdır.

Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illərdir ki, Həcc və Ərəfə karvanlarına rəhbərlik edir, zəvvarlara xidmət göstərirdi.

1998-2001-i illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.

Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda 1 yaşlı körpə ölüb
Next post Siyəzəndə ər və arvad dəm qazından ölüb
le fonti storiche infatti non  parlano mai della esatta ubicazione di questi magnifici giardini, pur fornendone una descrizione.. Edit or delete it, then start writing !. Politica sulla riservatezza plantolivar ® serviços plantação de olival | chave na mão.