“Zəlzələ İstanbul üçün qaçılmaz bir reallıq və həyatda qalma məsələsidir. Biz bu qədim şəhəri zəlzələ və fəlakətlərə qarşı davamlı etmək üçün hər şeyə sıfırdan başlayırıq”. Bu barədə İstanbul Büyükşehir Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu bildirib. İmamoğlu İstanbul Konqres Mərkəzində keçirilən toplantıda İstanbul Zəlzələ Səfərbərlik Planı ilə bağlı açıqlama verib. O qeyd edib ki, İBB-nin bir araya gətirdiyi Zəlzələ Elmi Yüksək Şurasının həyata keçirdiyi işlərə uyğun olaraq gücləndirmə, təcili yardım, logistika, sağlamlıq tədbirləri, fəlakət koordinasiya mərkəzi və bir çox məsələləri əhatə edən 7 başlıq altında plan hazırlanıb. Həmçinin şəhəri gözlənilən böyük zəlzələyə qarşı hazırlamaq üçün yol xəritəsi tərtib edilib. “Bu böyük fəlakət zamanı yaşadıqlarımız hamımızın üzərinə çox dərin məsuliyyət yükləyir. Artıq həyatımıza əvvəlki şəkildə davam edə bilməyəcəyik. Zəlzələ ilə bağlı ən qabaqcıl və cəsarətli addımları atacaq imkanımız var. Bu imkanları reallaşdırmaq üçün İstanbul olaraq ayağa qalxırıq. Zəlzələyə davamlı İstanbul üçün səfərbərliyə başlayırıq”, – deyə Ekrem İmamoğlu vurğulayıb. “İnsanlarımızı qorumaq üçün ilk dəfə İstanbulda zəlzələyə davamlı şəhərin tətbiqinə nail olacağıq və Türkiyəyə nümunə olacağıq. Səfərbərliyimizin məqsədi də budur”, – deyə o əlavə edib. Mənbə: Haber Global
Read Time:9 Second
Ukraynada gedən döyüşlərdə daha bir həmvətənimiz həlak olub.
Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
Məlumata görə, bu, Sultonav Amil İltifat oğludur.
Onun Donetsk istiqamətində gedən döyüşlərdə öldürüldüyü bildirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabadda 15-İyun Milli Qurtuluş Günü qeyd edilib VIDEO
https://www.youtube.com/watch?v=zP_1RQcW74U
IX Qrant Müsabiqəsinin bağlanış tədbiri keçirildi – foto və video
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində Şagirdlər üçün Oyun Meydançası Layihəsinin bağlanış tədbiri keçirilmişdir. Cenubtv.az xəbər verir...
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Average Rating