“Peşə seçimi və karyera inkişafına dəstək” layihəsinin sonuncu təlimi keçirilib
Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı Dövlət Regional Kollecində gənclərlə “Peşə seçimi və karyera inkişafına dəstək” layihəsinin sonuncu təlimi keçirilib.
Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Masallı Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Zahidov, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər və çap məhsulları paylanıb.
İlk öncə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmişdir.
Tədbirdə iştirak edən rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Zahidov keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.
Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar mövzularında təlimlərə start verilib. Təlimlər interaktiv formada gənclərin müzakirəsi ilə davam edib.
Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi…
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax...
Ən çox əhalisi olan 10 rayonu – SİYAHI
Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart...
Azərbaycan Respublikasının Prezident-ilə xanımı Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirak etdilər
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban...
ŞANLI ZƏFƏRƏ GEDƏN YOL
Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib. Tədbir...
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Average Rating