Bakıda fəhlə faciəli şəkildə öldü
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
“Unikal” xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb. Fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating