Cəlilabadda Nazir Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib
Read Time:43 Second


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Təsisçi və baş redaktor RövşənMehdiyev
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating