Ağaca çırpılan maşında iki hərbiçi həlak oludu.
Cəlilabad rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol hadisəsi baş verib. Köhnə Ələt-Astara avtomobil yolunun 146-ci kilometrliyində, Cəlilabad rayon Göytəpə qəsəbəsi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Zərbənin nəticəsində ağac kökündən çıxıb, avtomobil daha sonra yol kənarı kiçik satış bazasına çırpılaraq elektrik naqillərini qırıb-töküb. Hadisə yerinə dərhal fövqəladə hallar nazirliyinin xilasediciləri və təcili yardım briqadı gəlib. Qəzan Nəticədə isə iki nəfər – Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə təcili olaraq Cəlilabad rayon xəstəxanasına çatdırılıb. Qəzada həyatını itirənlərin meyiti isə aidiyyatı üzrə xəstəxananın Pataloji Anatomiya Mərkəzinə təhvil verilib. İlkin araşdırmaya görə ölən şəxslərin hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada 62 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 62 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb. Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 16-sı saat 17 radələrində...
Piyadalara görə baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb. Cənubtv.Az Oxu.Az-a istinadən...
Azərbaycanda tanınmış vəkilin qızının faciəli ölümünün ANBAAN VİDEOSU
Azərbaycanda tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdizadənin öldüyü qəzanın anbaan görüntüləri yayılıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri MƏLUM OLDU
UEFA Avropa Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb və "Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər...
İlham Əliyev bir qrup səhiyyə işçisini təltif etdi – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cənubtv.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan...
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi...
Average Rating