“Peşə seçimində özünü kəşf et” layihəsinin açılışı olub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et ” adlı layihənin açılış mərasimi keçirilib.
“Peşə seçimində özünü kəşf et” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev, məktəbin direktor və müəllimləri, Ağstafa rayon üzrə təhsil sektorunun nümayəndələri, layihə rəhbəri Şəfəq Heydərli, təlimçilər Kəbirə Eminova, Vüsalə Babayeva və layihə iştirakçıları olan şagirdlər iştirak ediblər.
Mərasim zamanı layihə rəhbəri və təlimçilər layihə haqqında geniş məlumat veriblər. Şagirdlər və qonaqlar üçün videoslayd təqdim olunub. Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən danışıblar.
Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev layihənin əhəmiyyətinin nəinki şagirdlər üçün, eyni zamanda bütün gənclər üçün böyük olduğunu vurğulayıb.
Sonda təqdimat iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating