zərbaycan Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir – FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.
Təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətlər praktiki yerinə yetiriləcək.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
ŞANLI ZƏFƏRƏ GEDƏN YOL
Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə tədbir keçirib. Tədbir...
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
https://www.youtube.com/watch?v=G1I3rktm28o&feature=youtu.be
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
Average Rating