15-iyun Açıq dərs Göytəpə şəhər işdimaiyyətinin və sakinlərinin marağına səbəb oldy
Cəlilabad rayon Göytəpə şəhərində aprel ayında Buludxan Buludovun təşəbbüsü ilə yaradılan rəqs studiyasının Heydər Əliyev parkında 15 iyun Milli Qurtuluş günününə həsr olunmuş açıq rəqs dərsi keçirilmişdir.
Açıq dərs Göytəpə şəhər işdimaiyyətinin və sakinlərinin marağına səbəb olmuş və bu dərs tədbir xarakterinə çevrilmişdir.
Tədbiri giriş sözü ilə rəqs müəllimi Buludxan Buludov açmışdır və sonra isə tədbirin aparıcısı Xeyrulla Şahbazlı çıxışı ilə davam etdı
Tədbirdə ilk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Sonra isə rəqslər ifa olundu.
Rəqs studiyasının tələbələri miniatur rəqs, nazeləmə rəqsi, və başqa rəkislər Azərbaycan rəqslərini ifa etmişlər.
Bu rəqslərdən sonra şagirdlər ritmlərlə çıxış etmiş və tədbirə toplananların marağına səbəb olmuşdur.
Sonra isə şagirdlər müxtəlif şeirlər söylədilər.
Sonda isə bütün şagirdlər geniş yallı rəqsi ifa etdilər.
Biz arzu edirik ki, bu studiyanın şagirdləri gələcəkdə maraqlı konsert proqramı ilə çıxış etsinlər.
Bu studiyanın 2 ay müddətində yaranmasına baxmayaraq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Uşaqlar və yeniyetmələr bu rəqs dərslərinin açıq havada keçirilməsi təşəbbüsünü çox maraqla qarşıladılar.
Bu tədbir barəsində rəqs müəllimi Buludxan Buludov danışdı.
Qeyd edirik ki, Buludxan Buludov Cəlilabad rayonunda Xalq teyatırının və ilk professional rəqs studiyasının yaradıcısıdır.
Hal-hazırda Cəlilabad rayon Xalq teyatırında rejissor vəzifəsində çalışır.
Ustad sənətkara bu fəaliyyətində uğurlar arzulayırıq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Average Rating