MÖHTƏŞƏM TƏDBİR (Video)
Cenubtv.az-ın verdiyi məlumata görə Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü münasibəti ilə Veteranlar evində möhtəşəm tədbir keçirdi. Tədbirdə rayon Veteranlar Təşkilatının idarə heyətinin üzvləri, əmək və müharibə veteranları, rayon ziyalılarının və “Qarabağ qaziləri” İctimai Birliyinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq Ümümmilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışandan sonra qeyd etdi ki, bu gün onun daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Dövlətçiliyimizin möhkəmləndirilməsi və respublikamızın tərəqqisi naminə səmərəli fəaliyyət göstərmək, yaşadığımız rayonun inkişafına əməli kömək etmək hamımızın vətəndaşlıq borcumuzdur.
Tədbirdə təşkilatın nəzarət-təftiş komissiyasının sədri Əfrahim Abasov, idarə heyətinin üzvləri Sabir Quliyev, Əsədulla Əliyev, Qurban Əhmədov, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Maşallah Əliyev, “Cəlilabad ziyalıları ictimai mühitin demokratik inkişafına dəstək”İctimai Birliyinin sədri Əzizxan Əzizxanlı, şəhid atası Əsədxan Həşimov, əmək veteranı Cahangir Rüstəmov, Musalı kənd orta məktəbinin müəllimi Adıgözəl Nuriyev, mədəniyyət işçisi Xeyrulla Şahbazov və bsşqaları çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında öz ürək sözlərini dedilər, xatirələrini söylədilər. Xüsusi ilə vurğuladılar ki, dünyanı heyran qoyan Ulu Öndərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov...
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib – VİDEO
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və...
“Doğuş” edən oyuncaqlar görənləri şoka saldı: “Açıq-aşkar cəmiyyəti pozurlar” – VİDEO
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan...
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Average Rating