Nazirlikdən özünə xəsarət yetirən qazi ilə bağlı AÇIQLAMA – FOTO
Sosial şəbəkələrdə mayın 11-də Vətən müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək burada özünə xəsarət yetirməsinə dair görüntü yayılıb.
Buna səbəb onun əlillik təyin olunması tələbinə mənfi cavab verilməsi olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayon sakini Qadir Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub.
“Ona “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub. Amma Qadir Cəfərov müharibə əlili statusu tələb edir, tez-tez bəzi qaziləri də ətrafına cəlb edərək ASAN Xidmət, Azərsığorta, ƏƏSMN və digər qurumlar qarşısında etiraz məzmunlu aksiyalar keçirir”.
Qeyd edilib ki, digər Vətən müharibəsi iştirakçıları kimi, Qadir Cəfərova da yüksək səviyyədə ehtiram və diqqət göstərilsə də, o, məhz əlillik təyin olunmasını tələb edir:
“Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir. Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib.
Amma göründüyü kimi, Qadir Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib”.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating