Əməkdar artist prorektoru məhkəməyə verdi: Günahsız hesab edildi
Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
APA xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib.
Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu “WhatsApp” qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər paylaşıb. Orada onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən rüşvətə görə qovulduğu barədə məlumat verilib.
Xüsusi ittihamçı iddia edib ki, Elmira Pənahova bir neçə il əvvəl təkzib verilmiş xəbəri qrupa qəsdən ataraq onu nüfuzdan salmaq istəyib.
Məhkəmə xüsusi ittihamçının şikayətini icraata qəbul edib. Bir neçə ay davam edən məhkəmə araşdırması nəticəsində ittiham olunan şəxsin günahsız olduğu elan olunub.
Məhkəmə belə qənaətə gəlib ki, sözügedən qrup yazışmasında Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı məlumat və onun təkzibi dərc olunub. Yəni həmin qrupda Fərhunə Atakişiyevaya qarşı böhtan xarakterli fikir bildirilməyib.
Hökmə əsasən, Elmira Pənahovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Average Rating