Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: Hansı evlərin söküləcəyi AÇIQLANDI

Read Time:1 Minute, 10 Second

Bakıda vətəndaşların neçə illərdir əziyyət çəkdiyi məsələlərdən biri qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlıdır.

Uzun illər davam edən bu problemlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Redaktor.az-a açıqlama verib.

Millət vəkilinin sözlərinə görə, bəzi evlər var ki, onlara sənəd verilməyəcək:

“Sənədsiz evlərlə əlaqədar məsələ dəfələrlə qaldırılıb, Milli Məclisdə biz toxunmuşuq, mətbuatda mütəmadi işlənilir. Bununla əlaqədar dövlət başçısının sərəncamı, göstərişi olub. Amma mən maraqlanmışam, bu sahədə kifayət qədər işlər görülüb. Belə məlumatlar var ki, o insanların ki, evləri hansısa elektrik naqillərinin altındadır, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığındadır, onlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək. Hal-hazırda bu barədə bizdə müəyyən məlumatlar var. Mənə elə gəlir ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq. Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək”.

Millət vəkilinin sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir.

“İndi Dövlət Əmlak Məsələləri Xidmətində də bu işlə məşğuldurlar. Yəni sənədlər nədi, nə deyil, onlar hamısını qanuna uyğun olaraq tələb edirlər. Amma sənədləşdirmədən imtina da ola bilər. Bunlar o evlərdir ki, boruların, qaz kəmərlərinin üstündə, elektrik naqillərinin altında, dəmir yolunun yaxınlığında ola bilər və s. Belə evlər də kifayət qədərdir”, – deyə Vahid Əhmədov bildirdi.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Zaqatalada avtomobil yanıb
Next post Manaf Ağayev yenidən həbs olunur? – “Yaxşı eləmişəm” – AÇIQLAMA
window walk through. Here are some popular choices for what to grow in a wooden greenhouse :. azd led eagle cla light 46.