Şəmkirdə təmirə həsrət qalan yol – VİDEO

Read Time:45 Second

Şəmkirin Keçili kəndi də daxil olmaqla yeddi yaşayış massivini birləşdirən avtomobil yolu sakinləri təngə gətirib. Yağışda palçıqdan, yay aylarında isə toz-duman əlindən keçilməz olan yol uzun illərdir yararsız vəziyyətdədir.

Sonuncu dəfə 1970-ci illərin sonlarında asfalt örtüyü vurulan yol həmin vaxtdan bəri təmir üzünə həsrət qalıb. 22 mindən çox sakinin istifadə etdiyi bu yol həm də kəndləri rayon mərkəzi ilə birləşdirir.

Keçili-Qədimqala-Şəmkir-Çinarlı və Yuxarı Seyfəli avtomobil yolu kimi tanınan bu yol bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına qismən təmir olunub. Lakin aparılan işlər də özünü doğrultmayıb.

Əsasən əkinçiliklə məşğul olan kəndlilər məhsullarını avtomobillərlə bazara çıxarırlar. Yolun bərbad vəziyyətdə olması isə sürücülərə xeyli baha başa gəlir.

Məsələ ilə bağlı yolun balansında olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sakinlərin səbr etməsinə çox qalmayıb. Sözügedən yolun yenidən qurulması Dövlət Proqramı çərçivəsində öz həllini tapacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda qayda pozan “Niva” “X5”i əzdi
Next post Sakin: “Taxıl sahələrimiz su üzünə həsrətdir” – VİDEO
陳元溢 風水 命理. Unplug to succeed : the power of disconnecting for success – beast immortal. fethiye çiçek siparişi.