Ronaldu telefonunu sındırdığı azarkeşdən üzr istəyib, onu oyuna dəvət etdi – FOTO
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu “Everton”la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.
Bu barədə 37 yaşlı hücumçu şəxsi instaqramında yazıb.
“Qırmızı şeytanlar”ın 0:1 hesabı ilə yenildiyi səfər qarşılaşmasının ardından Ronaldu paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib: “Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi “Old Trafford” stadionundakı oyunumuza baxmağa dəvət edirəm”.
Hazırda “Mançester Yunayted” 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə “Norviç”ə qarşı olacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Average Rating