Latviya sərhədçiləri Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar Rusiya və Belarusa məxsus 152 yük maşını ölkəyə buraxmayıb.
Məlumata görə, ilkin vaxtda sürücülərin yeni məhdudiyyətlərdən xəbəri olmayıb, lakin gün ərzində məlumat yayılıb və bundan sonra Rusiya və Belarusdan yük maşınlarının axını kəskin şəkildə azalıb.
Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib.