Cenubtv.az: “Diaqnoz” Tibb Mərkəzində nələr baş verir..?
Qorxmaz Hüseynova məxsus “Diaqnoz” vergidən necə yayınır…?
Vallah deyirlər qulaq gündə təzə bir xəbər eşitməsə kar olar. Amma…
Bu gün oxuduğum xəbər əslində xəbərdən çox iyrənc, heç bir əndazəyə sığmayan cinayət əməlidir.
Dövrü qədimdən məlumdur ki, xəstə müalicə olunmaq, şəfa tapmaq üçün həkimin yanına gedər.
Həkim də öz savadı, təcrübəsi daxilində xəstənin sağalmasına kömək edər.
Amma bizim bəzi həkimlər özlərini qəssab kimi aparır.
Bəli, Azərbaycan səhiyyəsi elə dəhşətli durumdadır ki, adam yazmağa söz tapmır.
Dəfələrlə yazmışıq ki, Azərbaycanda həkim xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsir və sonra deyir ki, mexaniki səhv olub…
Yaxud Biləsuvar Mərkəzi Xəstəxanasının həkimi xəstənin kor bağırsağı əvəzinə nazirk bağırsağını kəsib şikəst eləyir…
Bu siyahını kifayət qədər uzatmaq olar…
İndi haqqında bəhs edəcəyimiz tibb mərkəzinin həkimi isə müayinəyə gələn qadını zorlayıb…
Bəli, söhbət Bakıdakı “Diaqnoz” Tibb Mərkəzindən gedir.
Əsas mövzuya keçməzdən öncə bir məsələyə nəzər salaq.
Bu gün ölkədə fəaliyyət göstərən özəl klinikaların, tibb mərkəzlərinin çoxunun sahibi məmurlardır.
Baxırsan, Ali Məhkəmədə çalışır, Baş Prokurorluqda işləyir, nə bilim icra başçısıdır və…özəl xəstəxanası var.
Adamdan soruşarlar ki, sənin tibbi anlayışın yoxdursa, sən necə xəstəxana işlədə bilərsən..?
Nə isə əsas mövzudan yayınmayaq.
Haqqında bəhs edəcəyimiz, “Diaqnoz” Tibb Mərkəzinin sahibi də sabiq məmurlardan biridir. Daha dəqiq desək, bu Mərkəzin “Azərsu”yun keçmiş sədri Qorxmaz Hüseynova məxsus olması barədə mediada kifayət qədər yazılıb.
Deməli, paytaxtın Xətai rayonunda yerləşən “Diaqnoz” Tibb Mərkəzində şüa-rentgen diaqnostikası üzrə həkim işləyən Çingiz Məmmədovun xidməti otağına gələn xanım səhhətindən şikayət edir.
Çingiz Məmmədov qadından rentgen müayinəsinin zəruri olduğunu və bunun çılpaq bədənlə həyata keçirildiyini deyib. O, qadından əynindəki bütün paltarları çıxartmasını və sinəsini rentgen cihazına dirəməsini tələb edib.
Bundan sonra Çingiz Məmmədov otağın işığını söndürərək cinsi ehtirasını təmin etmək məqsədi ilə qadına zor tətbiq edərək onu zorlayıb.
Məhkəmə materiallarında zorlamanın detalları ilə bağlı elə iyrənc ifadələr var ki, onu yazmağı düzgün hesab etmədik.
İndi gördünüzmü, bizim bəzi həkimlər təkcə qəssab deyil, həm də manyakdır.
Qadının şikayətindən sonra istintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Amma Xətai rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilməyib. Bu səbəbdən Çingiz Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham verilməsini, ona ağır cəza təyin olunmasını istəyib.
Bundan başqa, zərərçəkmiş qadın da apelyasiya şikayəti verib. O, Çingiz Məmmədov tərəfindən təcavüzə məruz qaldığını, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.
Bəli, məsələ qapandı. Yəni rüşvət və korrupsiyanın olduğu yerdə sən pozulmuş haqqını bərpa edə bilməzsən. Məhkəməyə Qorxmaz Hüseynovun təzyiqləri barədə də mediada yazılıb.
Bütün bunlar azmış kimi hamilə qadın haray salır ki, “Diaqnoz”un həkimlərinin qoyduğu səhv diaqnoza görə az qala faciə ilə üz-üzə qalmışam.
Deməli, xəstələrin dediklərinə görə, bu tibbi mərkəzdə xidmət haqları çox yüksəkdir. Hətta adi müayinə 200 manata başa gəlir. Həkimlər dərman firmaları ilə şərikli işləyir. Ən dəhşətlisi odur ki, “Diaqnoz” Tibb Mərkəzi vergidən külli miqdarda yayınır.
Belə ki, “Diaqnoz Tibb Mərkəzi”nə gələn pasientlər müayinə və yaxud analiz üçün ödəniş edəndə qəbzdə əlavə dəyər vergisi (ƏDV) qaytarılmır. Bu da ciddi şəkildə vergidən yayınma faktıdır.
Görəsən, Vergilər Dövlət Xidməti və Səhiyyə Nazirliyi bu yazılanları görmür..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Biz bir redaksiya olaraq əgər o hadisə doğrudan da baş veribsə, hadisəni törədən həkim (əgər törədibsə) və həkimi müdafiə edən hakim (əgər nəyinsə müqabilində müdafiə ediblərsə) həmin hakim də, həmin həkim də, həmin qadının yerində öz qızlarını, öz həyat yoldaşlarını, öz analarını, öz bacılarını görsünlər. Əgər hadisəni həkim törətməyibsə, ədalətli hakim onu müdafiə edibsə Allah onların hər ikisinin köməyi olsun.Gundəlik Bakı