YARIMŞTAT professor necə REKTOR oldu..? – Texniki Universitetin rektoru Vilayət Vəliyevin qanunsuz əməlləri…

Read Time:3 Minute, 1 Second

Rektorun 5 müşaviri var….

1 MİLYARD 500 MİLYON əhalisi olan Çin prezidentinin 5 müşaviri yoxdur, Vilayət Vəliyev…

3 ildir Azərbaycan Texniki Universitetininn  rektoru olan Vilayət Məmməd oğlu Vəliyev barəsində  yazmaq istərkən, onun avtobioqrafiyasına  nəzər salmalı olduq.
BDU-nu bitirəndən sonra, yəni 1985-1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alır;
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) – “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alır;
Sonra  2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq  Hüquq fakültəsini  bitirib…
90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Mülki  Aviasiya Universitetində  YARIMŞTAT  professor vəzifəsində çalışıb…Və…
Bəli, təsəvvür edirsiniz  YARIMŞTAT  professor  birdən  necə REKTOR olur…
Və rektor  olan kimi  başladı o boyda Texniki Universitetdə  kadro  islahatı  aparmağa, yəni qohum-əqrəbasını,  dost-tanışlarını universitetə doldurmağa….
Bu barədə çox yazdığımız üşün  təkrarçılıq etmək istəmirik. Amma…
Əmması odur ki, dəfələrlə deputatlar Milli Məclisin tribunasından bildiriblər ki, bəzi yüksəkçinli məmurlar vəzifəyə təyin olunan kimi, həmin qurumu özəl şirkət kimi işlədirlər.
Bəli, işdən çıxarılan şəxslər hara şikayət edirlərsə, cavab belə olur:
Get, hara istəyirsən şikayət elə…
Bax, bu dövlətçilik üçün ciddi  məsələdir…
Kim necə istəyir başa düşsün…
Amma  Gündəlik-Bakı olaraq neçə illərdir ki, məhz buna görə  yazırıq ki, vətəndaşın dövlətə inamını sarsıtmaq olmaz…
Ulu Öndər deyirdi ki, dövlətə inam nə vaxt SARSILIR…
Bəli, zəifləyir-filan yox, məhz  SARSILIR…
Təsəvvür edirsiniz,  son bir neçə ildə Azərbaycan Texniki Universitetinin  müəllim-professor heyəti haralara yazmır, lap Prezident Administrasiyasına…
Bu təhsil ocağından çıxarılan müəllimlər tərəfindən göndərilən şikayət məktublarının, mətbuatda dərc olunan məqalələrin sayı-hesabı yoxdur…
Bu universitetdə islahat deyiləndə, ancaq dekanların, kafedra müdirlərinin yeniləri ilə əvəzlənməsi, işdən çıxarılan müəllimlərin dəyişilməsi, yəni Əli ilə Vəlinin yerinin dəyişdirilməsi  başa düşülür.
Azərbaycan Texniki Universitetin tabeçiliyində olan iki kollecdən də ciddi narazılıq var. Himayəçilik bu kollec rəhbərlərini bütün özbaşınalıqlara sövq edir.
Təsəvvür edirsiniz, Gündəlik-Bakının adından rektorluğa  zəng edib kollecdə baş verən qanunsuzluqla bağlı  soruşuruq…
Cavab nə olsa, yaxşıdır…?
Kollecin direktoru bizi də eşitmir….
Adam, bu sənin  tabeçiliyində olan kollecdir, necə yəni səni eşitmir..?
Sözün qısası,  ATU-da kimin əlinin kimin cibindən çıxdığı bilinmir…
Rektor  Vilayət Vəliyev  rektor olduğu dövrdə bu təhsil müəssisəsində 4 tədris hissə müdiri dəyişib. Bu kadr dəyişkənliyi isə söz-söhbətlərə, dava-dalaşa səbəb olub, narazılıqlarla müşayət edilib. Həmçinin AzTU rektorunun şəxsi təşəbbüsünə əsaslanan kadr islahatları universitetin 8 savadlı dekanının 7-sinin dəyişməsi ilə tamamlanıb. Dekan müavinləri, kafedra müdirləri rektor Vilayət Vəliyevə ən yaxın şəxslərlə əvəzlənib.
Məsələn, rektorun qohumu Nizami Poladov Metallurgiya fakultəsinin dekanı vəzifəsinə gətirilib. Bu proseslər də kütləvi narazılıqlarla müşayət olunub. Bununla da qohumbazlıq, yerlibazlıq, tanışlıq kimi ənənədən qaynaqlanan pis vərdişlər universitetdə bərqərar olub.
Nümunə üçün deyək ki, Vilayət Vəliyev lazımsız yerdən, Texniki Universitet üçün heç bir əhəmiyyət kəsb etməyən hüquq departamenti yaradıb, ora bakalavr təhsilli şəxsi şöbə müdiri təyin etməklə əlavə 4 şəxsi də işə götürüb.
Hələ bu harasıdır ?
Rektor Vilayət  Vəliyev özünə 5 müşavir, 2 köməkçi və katibə götürüb.
Vallahi, 1 MİLYARD  500 MİLYON əhalisi olan Çin prezidentinin 5 müşaviri  yoxdur.
Sadəcə, ayıbdır, bunlar hamısı  dövlət vəsaitinin talanması  deməkdir.Təsəvvür edirsiniz  ADI TEXNİKİ  universitet olan ali təhsil ocağında TEXNİKİ   elmlər üzrə mütəxəsis olmayan prorektorlar  çalışır:
1.Elm və İnovasiya üzrə prorektor Çətin Elmas(onun 5000 məvacib aldığı söylənilir)
2.Sosial Məsələlər və İctimayyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov, iqtisad üzrə fəlsəfə doktoru
3.Maliyyə-Təsərrüfat İşləri üzrə prorektor Rəşad Kazımov, iqtisad üzrə fəlsəfə doktoru
4.Rəqəmsallaşma və Layihələr üzrə prorektor Rəşad Əliyev, iqtisad üzrə fəlsəfə doktoru
İndi özünüz nəticə çıxardın Texniki Universitetin rəhbərliyi hamısı qeyri-ixtisas  sahibləridir.
Əlavə şərhə ehtiyac varmı..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “İkinci Qarabağ müharibəsindəki xərclərimizi konkret rəqəmlərlə ifadə etmək çətindir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib. O, cəmiyyətdə geniş müzakirə olunan “İkinci Qarabağ müharibəsinində Azərbaycanın xərcləri nə qədər olub?” müzakirəsinə münasibət bildirib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində tərəflərin hərbi xərclərinə dair bir-birindən fərqli rəqəmlər açıqlanır. Təxmini hesablamalara görə, Rusiyanın müharibə dövründə gündəlik xərcləri 2 milyard dollardır. Elxan Şıxəliyev bildirib: “Bu, dövlət sirri kontekstində olan bir məlumatdır və dövlətin əlaqəli orqanları bununla əlaqədar rəqəmlər səsləndirməyiblər. Amma istənilən halda dövlətin müharibəyə və silahlanmaya ayırdığı maliyyə vəsaiti məlumdur. Nəticə etibarilə, proseslərə adekvat olaraq bunu itkilərimiz və xərclərimiz kontektsində faiz nisbətində qiymətləndirmək olar. Amma konkret rəqəm açıqlamaqda çətinlik çəkərəm”. Hərbi ekspert əlavə edib: “Müharibə başlananda onun gedişində verilən itkilər və silahlanma xərclərinin artması baxımından illik büdcəni ortalama ay hesabına çevirəndə 10-25% arasında aylıq xərclər nəzərdə tutulmalıdır. Təbii ki, müharibəyə ilkin mərhələdə ayrılan vəsait sonrakı mərhələdə xeyli artır. Məsələn, Ukrayna bildirir ki, müharibə aya 10 milyarda başa gəlir, Rusiya haradasa bunun 6-7 qatını açıqlayıb, amma bu, ordunun ölçüsündən asılıdır. Ukraynada quru qoşunları səviyyəsində 1 ordu mövcuddursa, Rusiyada 10 qatıdır. Bundan əlavə, kosmik aviasiya və s. qoşunlar var”. Xatırladaq ki, 2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları olub. 44 günlük İkinci Qarabağ müharibəsində o, 3,8 milyard dollarlıq hərbi texnika itirib Elxan Şıxəliyev buna əsasən qeyd edib: “Ermənistanın təxminən 4 milyardlıq texnika itkilərinə gəlincə, onlar bunu sadəcə sıradan çıxarılan texnikanın maddi qarşılığı kimi bildiriblər. Bildiyiniz kimi, onlar Ağdam rayonu ərazisindən keçən “Ohanyan müdafiə xətti”ni yaratmışdılar və hərbi büdcənin demək olar yarısını bu xəttə yatırmışdılar. Ona görə də, Ermənistanın itkiləri ilə yanaşı, qənimət kimi Azərbaycana cəbhəxanasına keçən texnikaların dəyəri itkilərimizlə müqayisə olunmaz qədər çoxdur. Təsəvvür edin, Ermənistan döyüş texnikasının 80%-ə yaxını sıradan çıxarılıb. Bu da o deməkdir ki, onların itkiləri Azərbaycanın itkilərindən təxminən 7 qat çoxdur”.
Next post Neftçilər Xəstəxanasını bərbad günə qoyan baş direktor Musa Abbasovun gileyləndiyi “birinci” kimdir?
មូលហេតុចម្បងនៃការលាលែងតំណែងរបស់ brendan rodgers. Hvad er kaffekursus hos la cabra ?. 什么茶叶好.