“İkinci Qarabağ müharibəsindəki xərclərimizi konkret rəqəmlərlə ifadə etmək çətindir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib. O, cəmiyyətdə geniş müzakirə olunan “İkinci Qarabağ müharibəsinində Azərbaycanın xərcləri nə qədər olub?” müzakirəsinə münasibət bildirib. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində tərəflərin hərbi xərclərinə dair bir-birindən fərqli rəqəmlər açıqlanır. Təxmini hesablamalara görə, Rusiyanın müharibə dövründə gündəlik xərcləri 2 milyard dollardır. Elxan Şıxəliyev bildirib: “Bu, dövlət sirri kontekstində olan bir məlumatdır və dövlətin əlaqəli orqanları bununla əlaqədar rəqəmlər səsləndirməyiblər. Amma istənilən halda dövlətin müharibəyə və silahlanmaya ayırdığı maliyyə vəsaiti məlumdur. Nəticə etibarilə, proseslərə adekvat olaraq bunu itkilərimiz və xərclərimiz kontektsində faiz nisbətində qiymətləndirmək olar. Amma konkret rəqəm açıqlamaqda çətinlik çəkərəm”. Hərbi ekspert əlavə edib: “Müharibə başlananda onun gedişində verilən itkilər və silahlanma xərclərinin artması baxımından illik büdcəni ortalama ay hesabına çevirəndə 10-25% arasında aylıq xərclər nəzərdə tutulmalıdır. Təbii ki, müharibəyə ilkin mərhələdə ayrılan vəsait sonrakı mərhələdə xeyli artır. Məsələn, Ukrayna bildirir ki, müharibə aya 10 milyarda başa gəlir, Rusiya haradasa bunun 6-7 qatını açıqlayıb, amma bu, ordunun ölçüsündən asılıdır. Ukraynada quru qoşunları səviyyəsində 1 ordu mövcuddursa, Rusiyada 10 qatıdır. Bundan əlavə, kosmik aviasiya və s. qoşunlar var”. Xatırladaq ki, 2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları olub. 44 günlük İkinci Qarabağ müharibəsində o, 3,8 milyard dollarlıq hərbi texnika itirib Elxan Şıxəliyev buna əsasən qeyd edib: “Ermənistanın təxminən 4 milyardlıq texnika itkilərinə gəlincə, onlar bunu sadəcə sıradan çıxarılan texnikanın maddi qarşılığı kimi bildiriblər. Bildiyiniz kimi, onlar Ağdam rayonu ərazisindən keçən “Ohanyan müdafiə xətti”ni yaratmışdılar və hərbi büdcənin demək olar yarısını bu xəttə yatırmışdılar. Ona görə də, Ermənistanın itkiləri ilə yanaşı, qənimət kimi Azərbaycana cəbhəxanasına keçən texnikaların dəyəri itkilərimizlə müqayisə olunmaz qədər çoxdur. Təsəvvür edin, Ermənistan döyüş texnikasının 80%-ə yaxını sıradan çıxarılıb. Bu da o deməkdir ki, onların itkiləri Azərbaycanın itkilərindən təxminən 7 qat çoxdur”.

ByRÖVŞƏN MEHDIYEV

Apr 7, 2022

Saxta qazilərin iş adamları, dövlət qurumlarını şantaj etməsi zaman – zaman ictimailəşib. Bu məsələ son olaraq erməni əsirliyindən qaytarılan Şahbaz Quliyevin 3 gün əvvəl keçirdiyi aksiya ilə gündəmə gəldi. O, həmin aksiyada dövlət qurumlarından şikayət edir, sosial vəziyyətinin ağır olduğunu iddia edirdi.

“Yeni Sabah” Şahbaz Quliyev haqda sensasion məlumat və videogörüntü əldə edib. Bəlli olub ki, o aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.

Təqdim etdiyimiz görüntü binanın satış ofisində qeydə alınıb. Ş. Quliyev və yanında olan digər “qazilər” şirkətin rəhbəri Emin Səməndərovu şantaj edərək ondan obyekt yeri tələb edirlər. Şirkət sahibi onlara 100 kv.metr yer verdiyini desə də, Ş. Quliyev 160 kv.metr istəyir. Tərəflər arasında mübahisə yaranır. Quliyev və yanında gələnlər otaqda qadınların olmasına baxmayaraq söyüşlərdən istifadə edirlər. Hətta qazilərin də ünvanına təhqirlər səsləndirilir.

Bu mübahisənin sonunun necə başa çatdığı videogörüntüdən aydın olmur.

Amma aydın olan odur ki, Ş. Quliyev erməni əsirliyində olmasından istifadə edərək nəinki dövlət qurumlarını, sahibkarları da bu formada şantaj edərək imtiyazlar əldə etməyə çalışır.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir