Cəlilabadda kütləvi dava olub.
Cəlilabadda mübahisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Cenubtv.az xəbər verir ki, hadisə Cəlilabaddakı örüş sahələrindən birində baş verib. İlkin məlumata görə, mal-qaranın Şorbaçı kəndindəki başqa örüş sahəsinə girməsi səbəbindən Babalı kənd sakinləri – Qədəmşah Əzizov, onun qardaşı Səməd Əzizov və 12 yaşlı oğlu bir neçə şəxs tərəfindən döyülüb. Mübahisə zamanı qarşı tərəfdən də xəsarət alan olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır: “Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating