Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi

Read Time:1 Minute, 7 Second

2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb edilən “TAXES GROUP” MMC-nin (“Loft Klinika”) qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Cenubtv.Az Oxu.Az-a istinadn xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fatimə Məmmədova ifadə verib.

O bildirib ki, hadisə günü xəstəxanadan evə qayıdıb:

“Yoldaşım və yeddi aylıq uşağımız da evdə idi. Yanıq iyi gəldi, yoldaşıma dedim. Qapını açanda tüstü olduğunu gördük. Yoldaşım zəruri əşyaları – geyim və pulları götürməyi tapşırdı. Uşağı da götürüb aşağı düşməyə çalışdıq. Qapını açan kimi tüstü ilə qarşılaşdıq. Fənər tutsam da, göz-gözü görmürdü. Nəfəs almaq mümkün deyildi. Güclə aşağı düşməyə başladıq. Birinci mərtəbəyə çatanda yıxıldım və ayağım sındı. Bu vəziyyətdə binadan çıxa bildik. Küçədə səs-küy var idi. Yoldaşım maşın tapdı və xəstəxanaya getdik. Orada ilk növbədə uşağa baxılmasını xahiş etdim. Həmin vaxt biz də zəhərlənmişdik”.

Zərərçəkmiş qeyd edib ki, ailəsi ilə birlikdə həmin binada kirayədə yaşadığı üçün binanın aşağı mərtəbəsindəki obyektlərdən və onların fəaliyyəti ilə bağlı məsələlərdən xəbərdar olmayıb. O, təqsirləndirilən şəxsi tanımadığını da bildirib:

“Həmin obyektin sahibi ilə bina sakinləri arasında problemlərin olması barədə məlumatım olmayıb. Çünki evdar qadın olmuşam, çox vaxt evdən çıxmamışam. Özüm, yoldaşım və azyaşlı övladım zərərçəkmişik. Təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Next post Gəncədə 88 yaşlı qadını bacısı oğlu öldürüb? – Təfərrüat – Video
High purity lyophilized synthetic research peptide synthesized to ≥99% purity for in vitro receptor binding and cellular pathway signaling.. In a digital world where attention spans are shrinking and competition is rising, brands now rely heavily on video ads to reach audiences, build trust, and drive sales.. Mind maps and flashcards.