“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Read Time:1 Minute, 14 Second

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovanı balta ilə öldürməyə cəhd edib. O, həyat yoldaşına ağır xəsarətlər yetirib.

Hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.

C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmış.

C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıb. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Hadisə günün səhər saatlarında Gülzəndə işə gedərkən Ceyhun ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib və ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Ceyhun onu qısqandığını bildirib və “işə getsən, səni öldürəcəyəm” deyib. Gülzəndə isə ona “səndə o kişilik yoxdur” deyib. Bu sözdən əsəbiləşən Ceyhun evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən uzaqlaşaraq Ağdam Rayon Polis şöbəsinə gedərək, “arvadımı öldürmüşəm” deyib təslim olub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Next post “Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Quick audio and video learning summaries. Reflex victory short film editing cinepunch.