Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: “Məni telefonla çəkirdi” – Video
Ağstafada məktəb müəllimləri arasında əlbəyaxa dava baş verib. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Cenubtv.Az Baku TV-yə istinadən xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova həmkarı Sevinc Əhmədova ilə aralarında yaranan mübahisə zamanı ona xəsarət yetirildiyini iddia edib.
“Sistemdə 25 şagird görünür, amma onlardan yalnız beşini tanıyırıq. Bu uşaqların araşdırılmasını tələb etdim. Daha sonra gördüm ki, Sevinc Əhmədova məni telefonla çəkir. Yaxınlaşanda aramızda mübahisə yarandı”, – deyə müəllim bildirib.

P.Məmmədova iddia edib ki, mübahisə zamanı həmkarı onu hədələyib və telefonuna zərər vurub: “Telefonumu başıma vurmaq istədi. Əlimlə özümü qoruyanda telefon əlimin üstündə qırıldı. Sonra telefonu direktorun qapısına vurdu”.
Hadisənin şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir.
“Şagirdin gözünün qabağında müəllimi döyüblər. Uşaq travma alıb, dünəndən ağlayır”, – deyə valideyn narazılığını dilə gətirib.
Ağstafa şəhər, Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.
Bu məlumat Cenubtv.Az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilib.
“Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanıb.
Ağstafa rayonunda əlbəyaxa olan müəllimlərdən xəsarət alanın vəziyyəti məlum olub.
Cenubtv.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 30-da saat 13:10-da 1981-ci il təvəllüdlü şəxs (qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub.
“Pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Ağstafa rayonunda məktəbdə dava olub.
Cenubtv.Az-ın məlumatına görə, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə səbəbin dərs bölgüsü olduğu bildirilir. S.Əhmədovanın builki dərs saatı az olub və o, bunun günahını müəllim həmkarında görüb. Nəticədə hər iki xanım arasında dava olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
![]()
Average Rating