Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü

Read Time:48 Second

Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.

Cenubtv.Az  Oxu.Az-a istinadən xəbər verir ki  hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində baş verib. Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıblar. Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.

Son günlər Murad evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəldiyindən ailədə mübahisələr yaranıb.

Bir neçə gün öncə Murad gecə saatlarında evə yenə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı ona irad bildirib. Yaranan mübahisə nəticəsində Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək, həyat yoldaşına zərbələr endirib. Hadisə nəticəsində qadın xəsarətlər alıb və səsə Vəsilənin valideynləri gələrək onu evdən qovublar.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Zamanov saxlanılıb və istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
Next post Türkiyədə məktəblilərə atəş açan şəxs barədə şok detallar açıqlandı
Nordicnodes | free tools to grow your website & social media.